Modern.az

Fərəc Quliyev: “Bu sözün əleyhinəyəm”

Fərəc Quliyev: “Bu sözün əleyhinəyəm”

Parlament

4 Mart 2011, 14:11

Modern.az-ın məlumatına görə, parlamentin bu günkü iclasında deputat Fərəc Quliyev Dağlıq Qarabağ danışıqları ilə bağlı mediada və rəsmi dildə olan ifadənin əleyhinə çıxıb. Onun sözlərinə görə, məsələnin “Azərbaycan Ermənistan, Dağlıq Qarabağ münaqişəsi” kimi adlandırılması doğru deyil.
“Mən bunun əleyhinəyəm. Ermənistan parlamenti Qarabağın birləşdirilməsi ilə bağlı təsdiq etdiyi sənədi ləğv etməyib. Belə olduğu halda Qarabağ ermənilərinin münaqişədə tərəf kimi iştirak etməsini ortaya atır. Odur ki, biz bu ifadədən imtina etməliyik”.  
Millət vəkili təklif edib ki, məsələyə münsibətdə ya “müharibə” ya da “Qarabağ münaqişəsi” ifadəsi işlədilsin.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı