Modern.az

Belarusda prezidentin səlahiyyəti artırıla bilər

Belarusda prezidentin səlahiyyəti artırıla bilər

23 Noyabr 2016, 16:21

Belarusun Liberal-Demokrat Partiyası seçki sisteminin dəyişdirilməsi və prezident səlahiyyətinin artırılması ilə bağlı referendumun keçirilməsini planlaşdırır.

 

Modern.az bildirir ki, bu haqda siyasi partiyanın mətbuat xidmətindən məlumat verilib.

 

“Respublika Şurasında və Milli Məclisin Nümayəndələr Palatasında təmsilçiliyimizdən istifadə edərək 2018-ci ildə eyni vaxtda Belarusun yerli şuralarına deputat seçkisi ilə yanaşı Konstitusiyaya dəyişikiklə bağlı referendumiun keçirilməsinə hazırlaşmaq qərarı da qəbul olunub”, - partiyada qeyd ediblər.

Partiya deputat seçkilərinin proporsional-majoritar sistemlə keçirilməsini, eləcə də Respublika Şurasının, Milli Məclisin Nümayəndələr Palatası yerli şuraların deputatlarının  səlahiyyətinin 4 ildən 5-ə, prezidentin səlahiyyətinin isə 5 ildən 7 ilə qədər artırılmasını təklif edir.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi