Modern.az

Gürcüstanın azərbaycanlı deputatı Saakaşvilidən danışmaq istəmədi

Gürcüstanın azərbaycanlı deputatı Saakaşvilidən danışmaq istəmədi

23 Noyabr 2016, 17:29

Azərbaycanlı deputat  Ruslan Hacıyev Gürcüstan parlamentinin  Elm Təhsil Komitəsinə üzv seçilib.

Deputat  Modern.az –a açıqlamasında azərbaycanlıların təhsil problemlərindən danışarkən, dərsliklərdən də söz açıb.

“İki il ərzində Marneuli təhsil idarəsinin rəhbəri olaraq tam əminliklə söyləyə bilərəm ki, bütün məktəblərimiz  dərsliklərlə təmin edilib. 2016-2017-ci tədris ili üçün 44-45 min civarında dərslik Gürcüstan Təhsil Nazirliyi tərəfindən əlavə olaraq Marneuli məktəblərinə çatdırılıb. Məndə olan məlumatlara görə, hal-hazırda dərslik problem yoxdur”.

Ruslan Hacıyev parlamentin iclaslarındakı işlərindən də danışıb.

“Deputat olaraq, görüləcək işlər çoxdur.Elm, təhsil komitəsində yeni qanun layihələri ilə bağlı çıxışlarımız olacaq. Təbii ki, bir çox planlarımız var. Hələ ki, həmin planlar barədə öncədən məlumat vermək istəmirəm”

Hakim partiyada təmsil olunan deputat, sabiq prezident Saakaşvili barəsində  sualları cavablandırmaq istəməyib.

“Başqa dövlətin vətəndaşı barəsində fikir söyləməyim doğru deyil. Nə söyləməyindən asılı olmayaraq, vəziyyət göz qabağındadır”.

Namidə BİNGÖL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir