Modern.az

“Hər dəfə bağışlamışam, artıq yoruldum, daha hər şeyi açıq deyəcəm”

“Hər dəfə bağışlamışam, artıq yoruldum, daha hər şeyi açıq deyəcəm”

23 Noyabr 2016, 18:17

Heç vaxt insanlardan küsmədim. Məni vurublar, yenə ayağa qalxmışam”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı “Bizə danış” verilişində deyib.

O yaxşılıq etdiyi insanlardan xəyanət gördüyünü bildirib:

“Qəlbimə dəyiblər keçmişəm. Ev, torpağ aldığım, əynimin paltarını verdiyim, yerimi, kreslomu verdiyim, çətin anlarında yanında olduğum, əlindən tutduğum insanlardan o qədər böyük zərbələr almışam ki... Hər dəfə bağışlamışam, demişəm, eybi yoxdur, Allah baxır. Amma artıq yoruldum. Yaxşılığın mükafatı budurmu?

Qərara gəlmişəm, hər şeyi açıq demək lazımdır. Hər kəsə layiq olduğu yeri zamanında göstərməlisən. Başıma gəlib, kiməsə layiq olduğu cavabı vaxtında verməsən, bir müddət sonra sizə daha ağır zərbə vuracaq”.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər