Modern.az

Siyavuş Novruzov: “Bakıya qoşun gətirilməsi barədə absurd yazılar yazılır”

Siyavuş Novruzov: “Bakıya qoşun gətirilməsi barədə absurd yazılar yazılır”

Parlament

4 Mart 2011, 14:21

Millət vəkili Siyavuş Novruzov Milli Məclisin iclasında soyqırımı ilə bağlı ümumi bir abidənin hazırlanmasını təklif edib. O bildirib ki, belə vahid abidə-müzey xarici qonaqları başımıza gəlmiş ayrı-ayrı faciələr və təcavüz barədə məlumatlandırmağa imkan verəcək. “Ayrı-ayrı hadisələr haqqında müxtəlif abidələrin qoyulması ilə hədəflərimizə çata bilməyəcəyik”.

YAP icra katibinin müavini həmçinin Qəbələ RLS-lə bağlı məsələyə münasibətini açıqlayıb. Millət vəkili vurğulayıb ki, RLS-nin müqavilə müdətinin başa çatmasına bir il var və yenidən müqavilə bağlanmalı olsa, bu, qarşılıqlı şəkildə müzakirə ediləcək.

S. Novruzov bir sıra KİV-ləri ölkədə çaşqınlıq yaratmaqda ittiham edib. “Bu nəşrlər Bakıya qoşun yığılması və ya filan məmurun fəaliyyəti barədə ağlasığımaz yazılar yazırlar. Bütün bunlar cəmiyyəti çaşdırmaq məqsədi güdür”-deyə deputat vurğulayıb.

Bununla yanaşı, S. Novruzov deyib ki. qanunların aliliyinə riayət etməyənlərin cəzalandırılması təbii sayılmalıdır.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı