Modern.az

Rusiyadan Azərbayacana qayıdış artıb, əksinə yola çıxanlar azalıb...

Rusiyadan Azərbayacana qayıdış artıb, əksinə yola çıxanlar azalıb...

Aktual

23 Noyabr 2016, 18:43

Azərbaycandan Rusiyaya dolanışıq dalınca gedənlərin sayı heç də az deyil. İllərdir Rusiyada çörəkpulu qazananlar vaxtaşırı Azərbaycandakı ailələrinə, qohum-əqrəbalarına müxtəlif məbləğlərdə pul göndərirlər. Amma həmin ailələrdən verilən məlumatlarda deyilir ki, son vaxtlar Rusiyadan Azərbaycana göndərilən pullar azalıb. Məsələ burasındadır ki, digər MDB ölkələrinin valyutaları kimi, Rusiya rublunun da devalvasiyaya uğraması bu ölkədə vəziyyəti çətinləşdirib.

Nəticədə son vaxtlar həmin ölkədən Azərbaycana qayıdanların sayı da çoxalıb. Bununla yanaşı,  Azərbaycandan Rusiyaya yola çıxmaq istəyənlər də xeyli azalıb.


Bunu Milli Məclisin Mingəçevirdən olan deputatı Aydın Mirzəzadə Modern.az-a təsdiqləyib:

“Məsələn, mənim deputatı olduğum Mingəçevirdən Rusiyaya iş arxasınca gedənlərin sayında xeyli azalma var. Bunun səbəbini maraqlananda məlum oldu ki, insanların  bir qismi Mingəçevirdə, Bakıda və digər rayonlarda iş tapa bilir. Bəzi insanlar da Rusiyada qazandıqları pulları Azərbaycanda hər hansı bir sahədə sahibkarlığa yönəldib”.

Bununla belə, deputat Mingəçevirdən, eləcə də Azərbaycanın digər yerlərindən Rusiyaya iş arxasınca yola çıxanların olduğunu da tamamilə inkar etmir

“Yenə də Rusiyaya işləmək üçün gedənlər var”.


Milli Məclisin 53 saylı Quba-Qusar seçki dairəsinin deputatı Yevda Abramov da son bil ildəki devalvasiyadan sonra Rusiyadan Azərbaycana qayıdanların sayında artım olduğunu deyir:

“Bunun səbəbini belə izah etmək olar ki, devalvasiyaya görə insanlar müəyyən işləri qura bilmirlər. Bu müvəqqəti çətinlikdir. Hamı gözləyir ki, valyutalar sabitləşsin və yenidən iş qura bilsinlər”.

 

 

Mirmahmud KAZIMOĞLU

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır