Modern.az

Qazax rayonunda yük maşını aşıb

Qazax rayonunda yük maşını aşıb

Aktual

23 Noyabr 2016, 21:56

Qazax rayonunda yük maşını aşıb. Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonundan keçən hissəsində, "Su-15" dairəsi adlanan ərazidə qeydə alınıb.

Belə ki, qum daşıyan "MAN" markalı yük maşın Gürcüstan istiqamətində hərəkətdə olarkən yol kənarındakı maneəyə çırpılaraq aşıb. Yük yola və yaxınlıqdakı avtomobillərin üzərinə tökülərək maşınlara ziyan vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan yük maşının sürücüsü Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Hadisənin baş verdiyi ərazidə yol 1 saat bağlanıb. Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır