Modern.az

YAP-çı deputat: “Əhməd Cavadın qəbrinin harda olduğunu bilmirik”

YAP-çı deputat: “Əhməd Cavadın qəbrinin harda olduğunu bilmirik”

Parlament

4 Mart 2011, 14:37

Yeni Azərbaycan Partiyasından olan mllət vəkili Məlahət İbrahimqızı Milli Məclisin 31 mart azərbaycanlıların soyqırımı günü il bağlı dünya parlamentlərinə müraciət ünvanlamasını təklif edib. Modern.az xəbər verir ki, bu barədə deputat parlamentin martın 4-də keçirilən iclasında məsələ qaldırıb. M.İbrahimqızının sözlərinə görə, ermənilər 24 aprel qondarma “soyqırımı” günü ilə bağlı dünya ölkələrinin parlamentlərinə belə müraciətlər göndərirlər.
“Biz də 31 mart soyqırımı ilə bağlı xüsusi işlər görməliyik”-deyə millət vəkili vurğulayıb.

Deputat həmçinin böyük Azərbaycan şairi Əgməd Cavadın ev-müzeyinin açılmasını təklif edib. 
“Əhməd Cavadın qəbrinin harda olduğunu bilmirik. Heç olmasa, Azərbaycanda onun adına müzey açmaq lazımdır”-deyə deputat qeyd edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü