Modern.az

Rektor: “Hər il 25-30 tələbə qovuruq...”

Rektor: “Hər il 25-30 tələbə qovuruq...”

4 Mart 2011, 16:30

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiasından hər il 25-30 tələbə qovulur. Bu barədə Akademiyanın rektoru, millət vəkili Ağacan Əbiyev Modern.az saytına bildirib. Onun sözlərinə görə, bu qovulmalarda əsas rolu davamiyyətlə bağlı problemlər oynayır. A.Əbiyev həmçinin qeyd edib ki, Akademiyada 16 xarici tələbə təhsil alır. Bu tələbələr əsasən Türkiyə və İran vətəndaşlarıdır.

Qeyd edək ki, tələbə ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnaməyə uyğun kənarlaşdırıla bilər.
Sözügedən Əsasnaməyə görə, tələbələrin tədris müəssisəsindən xaric olunması qış və yay tətilləri dövründə aparılır. Əsasnamədə tələbənin öxuduğu ali məktəbdən xaric edilmə səbəbləri də göstərilib. Belə ki, tələbə öz arzusu ilə,  başqa təhsil müəssisəsinə köçürüldüyünə görə, tədris intizamını, təhsil müəssisəsinin daxili qaydalarını ciddi şəkildə pozduğuna və üzürsüz səbəblərdən müəyyən olunmuş miqdardan (bir semestr ərzində ali məktəbin  müəyyənləşdirdiyi miqdardan) çox dərs buraxdığına görə, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının  arayışına əsasən)  ali məktəbdən xaric edilə bilər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir