Modern.az

Deputatdan Ombudsmana sərt mesaj: “Bu necə hesabatdır..?”

Deputatdan Ombudsmana sərt mesaj: “Bu necə hesabatdır..?”

Parlament

4 Mart 2011, 16:45

İqbal Ağazadə: “Niyə siyasi qurumların küçə yürüşlərinə dair müraciətlərinə Bakı şəhər İcra Hakimiyyəti qeyri-qanuna cavabına münasibət bildirməyib?”

Parlamentin axşam iclasında millət vəkili İqbal Ağazadə Ombudsman Elmira Süleymanovanın hesabatını tənqid edib. Sənədi “hakimiyyət qrupunun bir əlavəsinin ölkədə baş verənlərə dair yekun xülasəsi” adlandıran deputat bildirib ki, Obudsman bu şəkildə çıxış hazırlamamalıdır.

“Ombudmanın yanaşması bu şəkildə olmur. Ən yaxşı halda qeyd edir ki, maarifləndirmə işi ilə məşğul olmuşuq, bu qədər şikayətə baxılıb, bu qədəri müsbət həll olunub və s. Çox təəccüb edirəm ki, "Sərbəst toplaşmaq haqqında", "Siyasi partiyalar haqqında" qanun dəyişdirilməyib. Bu da ölkədə siyasi sistemin təkmil olmadığını göstərir. Siyasi partiyaların hakimiyyətə gəlmək mexanizmi yoxdur. Niyə Ombudsman siyasi qurumların bütün mitinq və küçə yürüşlərinə dair müraciətlərinə Bakı şəhər İH-nin qeyri-qanuni cavabına münasibət bildirməyib? Avropa məhkəməsində Eynulla Fətullayev barəsində çıxarılan qərarın yerinə yetirilməməsini Ombudsman çox kəskin şəkildə tənqid etməliydi. Burda isə vəkilin Ali Məhkəməyə verdiyi hansısa kassasiya şikayətindən bəhs olunur”-deyə İ.Ağazadə vurğulayıb.
Deputat qeyd edib ki, məhkəmələr vətəndaşların güvənmədiyi bir yerdir.
“Məmur da, seçki orqanı da vətəndaşın hüququnu poza bilər. Amma vətəndaş məhkəmədə hüququnu bərpa etməlidir. Ümumi təsnifatı çıxarın görün ki, indiyə qədər Azərbaycan məhkəmələri dövlət ittihamçısının verdiyi cəzadan fərqli bir cəza veribmi? Məhkəmələr bu gün prokurorluqdan asılıdır. Nə qədər ki, Ombudsman icra strukturunun əlavəsi kimi fəaliyyət göstərəcək, bundan artıq fəaliyyət olmayacaq”-deyə deputat narazılığını ifadə edib.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır