Modern.az

Milli Məclis Ombudsmanın amnistiya müraciətinə niyə cavab verməyib?

Milli Məclis Ombudsmanın amnistiya müraciətinə niyə cavab verməyib?

Ölkə

4 Mart 2011, 17:30

Elmira Süleymanova bildirir ki, bu barədə müzakirələr gedir

“Milli Məclis amnistiya aktının qəbulu ilə bağlı müraciətimizə hələ rəsmi cavab verilməyib”. Modern.az xəbər verir ki, bu barədə Ombudsman Elmira Süleymanova bildirib. O qeyd edib ki, məsələ ilə bağlı müzakirələr gedir: “Hələki bizə rəsmi cavab verilməyib. Ayrı-ayrı deputatlar bu məsələni dəstəklədiyini bildirirlər. Mən umidvaram ki, məsələyə müsbət cavab veriləcək”-deyə Ombudsman qeyd edib.
E.Süleymanova bir müddət əvvəl millət vəkili Əli Hüseynlinin aministya barədə təşəbbüslə çıxış etməyin qanunverici orqanın səlahiyyətində olması barədə səsləndirdiyi fikirləri şərh etməyib. O bildirib ki, bu Ə.Hüseynlinin fikridir və məsələni onun özündən soruşmaq lazımdır. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!