Modern.az

Azərbaycan universitetlərinin əməkdaşlığında yeni mərhələ 

Azərbaycan universitetlərinin əməkdaşlığında yeni mərhələ 

25 Noyabr 2016, 17:26

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. UNEC rektoru, professor Ədalət Muradov və LDU -nun rektoru vəzifələrini icra edən, professor Natiq İbrahimovun imzaladığı sənədə uyğun olaraq, LDU-da "İqtisadiyyat" və "Biznesin təşkili və idarə edilməsi" ixtisasları üzrə mütəxəssis hazırlığı birgə aparılacaq. 

 

 

Əməkdaşlığın əsas məqsədi UNEC-in region universitetləri ilə əlaqələrinin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. 

 

 

Müqaviləyə əsasən, hər iki ali təhsil müəssisəsində tədrisin vahid proqram əsasında həyata keçirilməsi, universitetlər arasında müəllim və tələbə mübadiləsinin aparılması, birgə ikili diplom proqramının reallaşdırılması nəzərdə tutulub. 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?