Modern.az

Bakı Təhsil İdarəsi 101 saylı məktəbdəki insidenti araşdırır

Bakı Təhsil İdarəsi 101 saylı məktəbdəki insidenti araşdırır

25 Noyabr 2016, 17:55

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 101 saylı məktəbdə baş verən insidentlə bağlı açıqlama verib.

İdarədən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 101 saylı məktəbdə hadisə anlaşılmazlıq səbəbindən baş verib:

 

“Suraxanı rayonundakı 101 saylı tam orta məktəbdə şagirdlərin anlaşılmazlığı zəminində baş vermiş mübahisə Bakı Şəhər üzrə Təhsil İdarəsi tərəfindən araşdırılır. Məsələyə aydınlıq gətirildikdən dərhal sonra ictimaiyyətə açıqlama veriləcək”.


Bu gün yayılan xəbərə görə, məktəbdə şagird, müəllim və valideynlər arasında dava düşüb, 5 nəfər xəsarət alıb.


Gülşən RAUFQIZI

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər