Modern.az

Hesablama Palatasında kollegiya iclası olub

Hesablama Palatasında kollegiya iclası olub

25 Noyabr 2016, 18:01

Hesablama Palatasında növbəti Kollegiya iclası keçirilib. Palatadan Modern.az-a verilən məlumata görə, iclasda "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının rəyləri müzakirə edilib.

 

 Məlumata görə, hər iki rəy mövcud qanunvericilik aktlarının tələblərinə uyğun olaraq Hesablama Palatasının rəsmi internet saytının “Ekspert-analitik fəaliyyət” bölməsinin “Rəylər” alt-bölməsində  yerləşdirilib.

 

Kollegiya iclasında həmçinin həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Hesabatlar müzakirə olunub. 

Azərbaycanın Bolqarıstandakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair;

dövlət büdcəsindən “Azərbaycan Dəmir Yolları“ QSC-nin Həkim-sanitar xidmətinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair.

 

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisinə təqdim olunması qərara alınıb.

 

Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmişdir.

 

Kollegiyada  Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar  təsdiq olunub.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi