Modern.az

Jurnalistə qarşı cinayət işi açılıb

Jurnalistə qarşı cinayət işi açılıb

25 Noyabr 2016, 20:16

“Kanal13” internet televiziyasının (www.kanal13.tv) Xəbərlər bölməsinin əməkdaşı Teymur Kərimov Bərdə rayonunda “Kanal13”ə  ünvanlanmış şikayətlərlə bağlı çəkiliş apararkən Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Modern.az saytı xəbər verir ki, bu barədə televiziyanın yaydığı bəyanatda bildirilir.

Bəyanatda vurğulanır ki, saxlandıqdan sonra Bərdə RPŞ-ya aparılan Teymur Kərimov yol boyu polis əməkdaşlarının təzyiqlərinə məruz qalıb: “Şöbədə ona qarşı guya çəkiliş vaxtı orda olan bir nəfərə zor tətbiq etməsi ilə bağlı saxta ittiham irəli sürülüb və cinayət işi açılıb. Həmçinin, jurnalistin kamerası əlindən alınaraq orda olan bütün görüntülər, o cümlədən jurnalistə qarşı zor tətbiq edildiyini gösətərən kadrlar silinib. Əməkdaşımız bir neçə saat sonra sərbəst buraxılsa da,  ona haqqında açılan cinayət işi ilə bağlı təkrar polis şöbəsinə çağırılacağı bildirilib”.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?