Modern.az

Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə bağlı qərar

Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə bağlı qərar

Aktual

25 Noyabr 2016, 21:39

Bu ilin sonuna qədər Transxəzər beynəlxalq nəqliyyat marşrutunun (TBNM) Qazaxıstan ərazisində qeydə alınmaqla “hüquqi şəxsləri birliyi” formasında beynəlxalq assosiasiyasının yaradılması planlaşdırılır. Modern.az saytı xəbər verir ki, Trend-in məlumatına görə, bunu Bakıda keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Xəzər regionu" biznes-forumunda “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin əməliyyat fəaliyyətinin əlaqələndirilməsi üzrə vitse-prezidenti Sanjr Elyubayev deyib.

 

Onun sözlərinə görə, TBNM-in inkişaf prinsipləri xidmətlərin təyinat nöqtəsinə çatdırılmasına, eləcə də tarif dərəcələrinin bütünlüyünə, bütün inzibati prosedurların sadələşdirilməsinə, qarışıq yükdaşımaların vahid tarif-nəqliyyat qaiməsi üzrə reallaşmasına əsaslanır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub