Modern.az

Yeni ildə ölkəmizə xeyli ərəb turist gələcək

Yeni ildə ölkəmizə xeyli ərəb turist gələcək

Aktual

26 Noyabr 2016, 00:03

“Noyabrın 30-dan başlayaraq dekabrın 5-6-a qədər ərəb ölkələrindən, xüsusilə Birləşmiş ərəb Əmirliklərindən Azərbaycana çoxlu sayda turist gələcək. Yeni İl ilə əlaqədar artıq Bakıda və regionlarda yerləşən mehmanxanalarda otaqlar ərəb turstləri tərəfindən born edilib, boş yerlərin sayı məhduddur”. Modern.az saytı xəbər verir ki, bunu AzVision.az-a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov bildirib.

N.Bağırov bildirib ki, ərəblərdən sonra Azərbaycana qış turizminə meyli olan turistlər arasında Rusiya vətəndaşları üstünlük təşkil edir: “Bayram ərəfəsində ərəb ölkələrindən, Rusiyadan və digər ölkələrdən Azərbaycana gələn turistlərin çoxluğunu hiss edəcəyik. Artıq regionlarda, xüsusilə Qəbələ, Qusar, Qubada olan otellərdə demək olar ki, yer yoxdur. Yeni il ərəfəsində ölkəyə xeyli sayda rusiyalı turist gələcək, çünki onlar xizək turizminə daha çox meyillidirlər”.

N.Bağırov ərəb ölkələri ilə bağlanılan yeni müqavilələrə diqqət çəkərək bildirib ki, bu, daha çox ərəb turistlərin Azərbaycana gəlməsinə imkan verəcək.

 

“Dünən Küveytdə Azərbaycan turizm şirkətləri və otelləri ilə Küveyt şirkətləri arasında görüş keçirilib. Onlara Azərbaycanın turizm potensialı təqdim olunub. Yanvarın 20-dən Küveyt aviaşirkəti tərəfindən Bakıya birbaşa uçuşlar həyata keçiriləcək, ərəb turistlər bundan rahatlıqla yararlana biləcəklər. Ümidvaram ki, bu, qış turizminin inkişafına təkan verəcək. Küveytdə Azərbaycana böyük maraq var”,-deyə N.Bağırov qeyd edib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir