Modern.az

Baş redaktorlar müğənni Nüşabə Ələsgərlinin hərəkətinə qiymət verdilər

Baş redaktorlar müğənni Nüşabə Ələsgərlinin hərəkətinə qiymət verdilər

Media

4 Mart 2011, 19:43

Artıq bir neçə gündür ki, müğənni Nüşabə Ələsgərli və jurnalistlər arasında yaşanan insident medianın dilindən düşmür. Bunla bağlı mətbuatda müxtəlif yazılar dərc olunur, televizyalarda isə diskussiya aparılır. Jurnlaistləri təqhir edən müğənni nəinki üzr istəmək fikrindədir, əksinə media işçilərini borclu çıxarıb. Bəs baş redaktorlarının bu məsələyə münasibəti necədir?
Modern.az bu sualla qəzet rəhbərlərinə müraciət edib.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli Nüşabə Ələsgərli və jurnalistlər arasında olan məsələni izlədiyini və bunla bağlı rəhbərlik etdiki KİV-də yazı da dərc etdiklərini bildirib.
“Biz bir səhifə artist-jurnalist münasibətləri, onun etik tərəfləri ilə bağlı operativ yazı verdik və bir jurnalist kimi həmrəyliyimizi də göstərdik”.
N.Məmmədli hesab edir ki, qeyri populyar toy müğənnisinin Azərbaycan jurnalistinin ünvanına, onun şərəf və ləyaqətini alçaldan ifadə işlətməsi həmin “sənətçinin” özünün səviyyəsini, düşüncəsinin məhdudluğunu, özünün məişət adamı olduğunu göstərir.
“Hər yerindən duran, toyda fonoqram qoyub mahnı oxuyan, Azərbaycan televizyasında  biabırçlığı təbliğ və təmsil edən adamlar öz yerlərini, jurnalistlə danışmağın formasını bilsinlər. Biz öz həmkarlarımızı müdafiə etdik və lazım gələrsə, bundan sonra da qəzetimizin səhifələrində həmkarlarımızı müdafiə edəcəyik”.

“Yeni Müsavat” qəzetinin baş redaktoru  Rauf Arifoğlu isə Nüşabə Ələsgərli və jurnalistlər arasında olan münasibətləri izləmədiyini qeyd edib. R.Arifoğlunun sözlərinə görə, o, ümumiyətlə belə kateqoriyadan olan xəbərləri oxumur.

“Mərkəz” qəzetinin baş redaktoru Nigar Almanqızının fikrincə, Nüşabə Ələsgərlinin bu cür hərəkəti onun savadzılığından irəli gəlir: “İncəsənətdə olan və birilərinin düşünülmüş şəkildə irəli şəkdiyi Nüşabə və Nüşabəkimilərə çox yazığım gəlir ki, onların qanundan xəbəri yoxdur. Əgər hər hansı müğənni Azərbaycanı xaricdə təmsil edirsə,  onun bizim qanunlardan xəbəri olmalıdır”.
N.Almaqızı bu gün medianın Nüşabəkimilərin əlində oyuncağa çevrildiyinə təəssüfləndiyini bildirib.  
“O, milyonların izlədiyi efirdə Fərid Şahbazlıya “düdük” dedi. Bunun günahı Nüşabələrə o şəraiti yaradan, müəyyən miqdarda pul ayıranlardadır. Məncə bu gün Nüşabə ilə yox, onun arxasında durub və arxalandığı qüvvələrlə mübarizə aparmalıyıq. Bu birinci dəfə deyil. Bundan əvvəl belə hərəkətləri Ədalət Şükürov, Nadir Qafarzadə və başqaları ediblər”.
Baş redaktor hesab edir ki, Mətbut Şurası və aidiyyəti qurumlar bunla bağlı tədbirlər görməlidir. “Biz qəzetlər də bu məsələləri ictimailəşdirməliyik ki, onlar daha da şişməsinlər və xalqa yuxarıdan aşağı baxmasınlar”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı öncə kimliyindən asılı olmayaraq hər bir insanda mədəniyyətin önəmli faktor olduğunu qeyd edib.
“Hesab edirəm ki, jurnalist öz peşə fəaliyyətini yerinə yetirirsə və ictimai, mədəniyyət xadiminə, sənətçiyə, siyasətçiyə hər hansı bir sualla müraciət edirsə, onun verdiyi sual normal şəkildə cavablandırılmalıdır. Kimsə öz dünyagörüşündən çıxış edərək bu məsələlərə daha kobud yanaşırsa, təbii ki, bu, həmin insanın özünün psixoloji problemidir və cəmiyyətə münasibətinin nəticəsidir.
Düşünürəm ki, jurnalist də ora elə-belə getməyib. Aldığım məlumata görə, Bakı Şəhər Dövlət Yol Polsi İdarəsi tərəfindən reydlərə iştirak etmək üçün dəvət olunublar. Yəni öz xidmətlərini yerinə yetiriblər. Orda jurnalistin heç bir günahı yoxdur. Nüşabə Ələsgərli jurnalistləri aşağılayacaq söz deyibsə, mən bunu onun mədəniyyətinə buraxıram”.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü