Modern.az

Azərbaycanlı jurnalist qazax tələbələrə master-klass keçib (FOTOLAR)

Azərbaycanlı jurnalist qazax tələbələrə master-klass keçib (FOTOLAR)

5 Mart 2011, 15:22


Lev Qumilyev adına Qazaxıstan Milli Universiteti dünyanın 50 ən qabaqcıl universitetlerindən sayılır. Bu ali təhsil ocağının verdiyi diplom və sertifikatlar Azərbaycan Respublikasında da tanınır. Universitetdə türk dünyasının tarixinə və tarixi şəxsiyyətlərin həyatının tələbələrə öyrədilməsinə böyük önəm verilir. Ali təhsil ocağında Heydər Əliyev adına xüsusi dərs otağı da fəaliyyət göstərir.
Modern.az saytı xəbər verir ki, universitetin “Jurnalistika və politologiya”  fakültəsinin 2-ci kurs tələbələrinə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Qazaxıstan və Mərkəzi Asiya respublikaları üzrə xüsusi muxbiri Aida Eyvazlı master-klass keçib.
İki saat ərzində Aida Eyvazlı gələcək jurnalistlərə jurnalist sənətkarlığı, təhlükəli bölgələrdə, kritik vaxtlarda reportajların hazırlanması, kriminal materialların işlənməsi barədə, o çümlədən 1999-cu ildə Çeçen xalqının milli qəhrəmanı Şamil Basayevlə görüşlərindən danışıb. Tələbələrin suallarını çabavlandıran jurnalist həmkarımız eyni zamanda xarici ölkələrdə müxbir postunun fəaliyyəti, eləcə də Azərbaycan Respublikasındakı jurnalistlər, onların müharibəyə məruz qalmış ölkəmizdə göstərdiyi qəhrəmanlıqlardan, Xocalı soyqırımı qurbanlarının Milli Qəhrəman Çingiz Mustafayev tərəfindən lentə alınmasından, Vətənimizin bu günkü iqtisadi gücündən bəhs edib.

 

 

 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır