Modern.az

“Xalq Cəbhəsi” qəzetində Niyaməddin Orduxanlıya vəzifə verildi

“Xalq Cəbhəsi” qəzetində Niyaməddin Orduxanlıya vəzifə verildi

5 Mart 2011, 15:46

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Niyaməddin Orduxanlını redaktor vəzifəsinə təyin edib. Baş redaktorun imzaladığı əmrə əsasən, qəzetin internet saytının redaktorluğu Niyaməddin Orduxanlıya həvalə olunub.

Elçin Mirzəbəyli qəzetin internet saytının redaksiyanın tərkibində ayrıca şöbə kimi fəaliyyət göstərəcəyini və bununla bağlı ştat cədvəlinin təsdiq edildiyini də bildirib. Baş redaktorun sözlərinə görə, mart ayının 15-dən başlayaraq “Xalq Cəbhəsi”nin internet saytı – www.xalqcebhesi.az online rejimində çalışacaq.

Elçin Mirzəbəyli qəzetin çap və internet versiyasıyla bağlı bir sıra yeniliklərin olacağını da vurğulayıb və qeyd edib ki, bütün yeni layihələr “Xalq Cəbhəsi”nin 10 illiyi ilə bağlı hazırlanmış tədbirlər planı çərçivəsində həyata keçirilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?