Modern.az

Mixail Qorbaçov: “Qarabağ məsələsinin mənə dəxli yoxdur”

Mixail Qorbaçov: “Qarabağ məsələsinin mənə dəxli yoxdur”

Ölkə

5 Mart 2011, 16:40

“Bu problemin yenidənqurmaya nə aidiyyatı var?”...

SSRİ-nin son prezidenti Yeltsini “avantürist” adlandırıb

“Allaha inanmıram, ateistəm”

SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov məşhur rus jurnalisti Poznerin ORT-də yayımlanan verilişində iştirak edib və bir sıra maraqlı məqamlara toxunub. Modern.az müsahibənin maraqlı məqamlarını oxuculara təqdim edir.

“Yeltsin avantürist idi”

M.Qorbaçov bildirib ki, SSRİ-nin dağılmasında əsas günahkar o zamankı Rusiya hakimiyyəti olub. Daha sonra Rusiya keçmiş prezidenti Boris Yeltsini sərt tənqid edən Qorbaçov qeyd edib ki, əgər Yeltsin istəsəydi SSRİ-ni saxlamaq olardı.
“Rusiya əhalisinin 70 faizi referendum zamanı İttifaqın saxlanmasına səs vermişdi. Amma  Yeltsin bunu istəmirdi”-deyə Qorbaçov bildirib. Yeltsini “avantürist” adlandıran SSRİ prezidenti deyib ki, Rusiya prezidentini “hakimiyyət hərisliyi məhv etdi”.

Bununla bərabər Qorbaçov vurğulayıb ki, Yeltsini axmaq saymaq da düzgün deyil: “Yeltsin axmaq adam deyildi. Hətta deyərdim ki, istedadlı idi. Mən daim onu hakimiyyət pillələrində dəstəkləmişəm. Hətta Siyasi Bürodan istefa verəndə onu çəkindirməyə çağırdım. Əvvəl imtina etsə də, sonradan peşiman olduğunu və ərizəsini geri götürmək istədiyini mənə dedi. Amma gec idi”.

“Qarabağ məsələsi yenidənqurma prosesiyləmi başlayıb?”

Daha sonra SSRİ-dəki münaqişələrə toxunan Qorbaçov bunu Sovet İttifaqının sərhədlərinin guya düzgan çəkilməməsi ilə izah edib. O bildirib ki, SSRİ daxilində çəkilmiş ərazi sərhədləri elə çəkilib ki, bu zaman daim Moskva buna müdaxilə imkanlarını saxlaya bilib. M.Qorbaçov Dağlıq Qarabağ məsələsinə də toxunub. SSRİ prezidenti Qarabağ probleminin yenidənqurma ilə bağlanmasının əleyhinə olduğunu deyib. “Qarabağ məsələsi yenidənqurma prosesi iləmi başlayıb? Xeyr. Bu problem daha əvvələr də mövcud idi. İlkin imkan olan kimi problem özünü büruzə verirdi. Amma onu Mərkəz dərhal ört-basdır edirdi”-deyə o vurğulayıb.

“Rahat ölmək istəyirəm

M.Qorbaçov dinlə bağlı mövqeyini açıqlayıb. O, bildiirb ki, ateistidir. “Mən Allaha inanmıram, ateistəm. Ateist olaraq da qalmışam. Amma bu mənə SSRİ-də “vicdan azadlığı haqqında” qanun qəbul etməyimə mane olmayıb”-deyən Qorbaçov bildirib ki, baş katib və prezident olarkən din xadimlərinin seçkilərdə iştirakının əleyhinə imiş.
Daha sonra Pozner 80 yaşlı Qorbaçova “İblis sizə şərtsiz ölümsüzlük təkilf etsə, qəbul edərsinizmi?” sualına SSRİ-nin son prezidenti “xeyr” cavabını verib.
“Mən normal ölmək istəyirəm. Bütün insanlar kimi”-deyə Mixail Qorbaçov vurğulayıb. 
Qeyd edək ki, bir neçə gün əvvəl SSRİ-nin sonuncu prezidentinin 80 yaşı tamam olub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!