Modern.az

Prezidentlərin Soçi görüşü başa çatıb: Sərkisyan xizək sürməkdən imtina edib

Prezidentlərin Soçi görüşü başa çatıb: Sərkisyan xizək sürməkdən imtina edib

5 Mart 2011, 17:03

Dövlət başçıları çay içərək Qarabağ barədə danışıblar

Rusiyanın Soçi şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən görüş başa çatıb. Bu barədə “Rosbalt” məlumat yayıb. Hər üç prezident - İlham Əliyev, Serj Sərkisyan və Dmitri Medvedev rəsmi danışıqlar bitdikdən sonra söhbətlərini “qalstuksuz”, qeyri-formal şəraitdə davam etdiriblər.

Soçi yaxınlığında yerləşən «Krasnaya Polyana» qış kurortunda kafedə çay içən prezidentlər funikulyorla dağa qalxıblar və burada Rusiya prezidenti İlham Əliyev və Serj Sərkisyana xizək sürməyi təklif edib. İlham Əliyev və Dmitri Medvedev bir neçə dəfə xizəklə aşağı eniblər. Sərkisyan isə xizək sürmək istəməyib. Ermənistan prezidenti qar üstü ilə hərəkət edən maşında gəzinti ilə kifayətlənib.
Daha sonra dövlət başçıları birlikdə nahar ediblər və bir sıra aktual məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə üçtərəfli formatda başa çatan bu görüş Rusiya prezidentinin təşəbbüsü ilə keçirilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü