Modern.az

Qərib Azər: “Övladlarıma da deyirəm ki, hakimiyyətə qarşı çıxış edə bilərsiniz, amma...”

Qərib Azər: “Övladlarıma da deyirəm ki, hakimiyyətə qarşı çıxış edə bilərsiniz, amma...”

5 Mart 2011, 17:30

Tanınmış proqram aparıcısı “Facebook”da radikallığın və ekstremizmin hökm sürdüyünü etiraf edir

“Sosial şəbəkələrin Azərbaycana aid hissəsində radiakllıq, qeyri-tolerantlıq və ekstremizim mövqeyi hökm sürür”. Bu barədə tanınmış teleaparıcı, “Oralar” verilişinin müəllifi Qərib Azər (Azər Qəribov) YurdTV –də sosial paylaşım şəbəkələri ilə bağlı aparlan verilişdə çıxış edərkən deyib. Onun sözlərinə görə,  belə radikallıq daha çox gənclərin maksimalizmi ilə izah edilə bilər. “Mən bunu internetin gəncliyi ilə bağlayıram. Sosial şəbəkələrdə yaşlı nəsildən çox gənclər üstünlük təşkil edir. Ola bilsin bu radikalizm də onunla bağlıdır. Çünki gənc insan daim inqilaba, tələbə hərəkatlarına meyilli olur”-deyə Qərib Azər bildirib.

O vurğulayıb ki, insan yaşlaşdıqca konstruktivliyi də artır. “Mənə elə gəlir ki, sosial şəbəkələrdə radikallığa qarşı çıxan bir qüvvə formalaşacaq”-deyən tanınmış aparıcı qeyd edib ki, “Facebook”da və digər şəbəkələrdə ictimai-siyasi məsələlərlə bağlı nümayiş etdirilən radikallıq onu narahat edir.

“Şəbəkələrdə Azərbaycan dövlətçilyi kifayət qədər təbliğ olunmur. Mən evdə övladlarıma da deyirəm ki, siz hakimiyyətə qarşı çıxış edə bilərsiniz, sizin siyasi mövqeyiniz ayrı ola bilər, amma dövlətçilyə qarşı çıxış etməməlisiniz”-deyə Qərib Azər vurğulayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?