Modern.az

Leyla Əliyeva “Baku” jurnalında baletdən yazıb

Leyla Əliyeva “Baku” jurnalında baletdən yazıb

5 Mart 2011, 19:43

Jurnalın işıq üzü görən yeni sayında dünya şöhrətli bəstəkar Arif Məlikova həsr olunub

Moskvada Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyevanın baş redaktoru olduğu “Baku” jurnalının yeni sayı işıq üzü görüb. Modern.az-ın məlumatına görə, jurnal yeni sayında dünya şöhrətli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin 50 illiyi ilə bağlı geniş yazı dərc edib və Azərbaycan baletini dünya miqyasında tanıdan bəstəkarın yaradıcığından bəhs edib. Üz qabığında bəstəkar Arif Məlikovun portreti verilmiş “Baku” jurnalı səhifələrində həmçinin Azərbaycanla bağlı digər yazılar da verib. Jurnalın “baş redaktordan” hissəsində Leyla Əliyevanın yazısı yerləşdirilib.

“Mənim həyatımda balet bir möcüzə kimi daxil olub” yazan Leyla Əliyeva “Məhəbbət əfsanəsi” baleti barədə özünün fikirlərini açıqlayıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir