Modern.az

Hadi Rəcəbli: “Heç kim məndən narazı ola bilməz, heç kimə “yox” demirəm”

Hadi Rəcəbli: “Heç kim məndən narazı ola bilməz, heç kimə “yox” demirəm”

Parlament

7 Mart 2011, 10:40
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, insanlar ondan heç zaman narazı ola bilməz. Modern.az saytına açıqlamasında deputat bunu belə izah edib: “Çünki mən onların qarşılaşdıqları problemləri yaşamışam. Fəhlə işləmişəm, məmurla üzbəüz qalmışam, ədalətsizliyi görmüşəm. Ona görə də insanlarla görüşərkən o günlərim yadıma düşür”.

Komitə rəhbəri hesab edir ki, adamları başa düşmək üçün onların vəziyyətini bir az olsa da, yaşamaq lazımdır: “Onu deyə bilərəm ki, qəbuluma gələn kimsə məndən narazı qala bilməz. Mənə müraciət edənlərin hər birinə kömək göstərməyə çalışıram. Buna nə qədər nail oluram, bu, başqa məsələdir. Qəbuluma gələnin yanında götürüb telefonla lazımi yerə zəng edirəm. Deyirəm “xalam oğludur, yaxınımdır, ona kömək edin”. Mənə deyirlər ki, “Hadi müəllim, camaat lağ edir, deyirsiniz  xalam oğlu gəlir yanına, axı biz bilirik ki, o, xalanız oğlu deyil, axı niyı belə deyirsiniz?”. Deyirəm “neyləyim, kömək eləmək üçün belə edirəm”. Biri məndən soruşur ki, “neçə xalanız var, ay Hadi müəllim?”. Amma doğurdan mənim 8 xalam var”.

Deputat bildirib ki, vətəndaşlar onun yanından çox yaxşı  təəsüratla çıxırlar: “Mənim qəbuluma gələn hər bir insanı mən  hövsələ ilə dinləməyi bacarıram. Onların işini düzəldirəm,  düzəlməyəcək işlə bağlı da “yox” demirəm”.  

Modern.az

   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı