Modern.az

Azərbaycanda bir nəfərdə "donuz qripi" aşkarlanıb

Azərbaycanda bir nəfərdə "donuz qripi" aşkarlanıb

4 Noyabr 2009, 12:47

Azərbaycanda "donuz qripu"nə yoluxma ilə bağlı yeni fakt aşkarlanıb. Məlumatı Modern.az-a Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov  verib. O, bildirib ki, bir nəfərdə A/H1N1 virusu qeydə alınıb. Bu, Ukraynandan gəlmiş Azərbaycan vətəndaşıdır. Ş.Qurbanov deyib ki, əslən Kürdəmir rayonundan olan həmin xəstə noyabrın 4-nə keçən gecə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilib. Xəstə ilə təmasda olmuş şəxslər arasında  profilaktik tədbirlər həyata keçirilir.
Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini bildirib ki, hazırda xəstə özünü kafi hiss edir.
Xatırladaq ki, Azərbaycanda "donuz qripi" ilk dəfə bu ilin iyun ayında 2 nəfərdə aşkarlanmışdı. Onlar xaricdən-Fransa və İngiltərədən A/H1N1 qripinə yoluxma ilə Azərbaycana gəlmişdilər. Həmin xəstələrin müalicəsi müsbət nəticələnib.
2009-cu ilin aprel ayında A/H1N1 virus qripinin insanlar arasında qeyd olunması barədə rəsmi qaydada elan olunmuş və xəstəlik böyük sürətlə artaraq yayılmağa başlayıb. Hazırda xəstəlik dünyanın bütün qitələrinə yayılıb.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına əsasən dünya üzrə 415 mindən çox xəstə qeydə alınıb və 5 min nəfər bu xəstəlikdən ölüb. İnsanlar arasında bu xəstəliklə bağlı əsas itkilər Amerika qitəsində yerləşən ölkələrin payına düşür. Bu regionda xəstələnənlərin 2,3%-i ölüb.
ŞQurbanovun sözlərinə görə, A/H1N1 virusu qeydə alındığı gündən başlayaraq Səhiyyə Nazirliyi tərəfindən respublikada qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks epidemik tədbirlər gücləndirilib.
Qrip xəstəliyinin diaqnostikası üçün müasir laboratoriya, xəstələrin müalicəsində zəruri olan ET Ağciyər Xəstəlikləri institutunda mənfi təzyiqli bokslar təşkil edilib.
Xəstəliyin müalicəsində istifadə olunan "Oseltamivir" preparatının, digər dərman vasitələrinin, dezinfeksiyaedici maddələrin, fərdi qoruyucu vasitələrin və s. ehtiyatı yaradılıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən hazırda ABŞ, Cin, Avstraliya və bəzi digər ölkələrdə istehsal olunmuş pandemik vaksinlərə lisenziya verilib. Təşkilatı tərəfindən bəzi ölkələrə təmənnasız olaraq 300 mln doza vaksin preparatlarının ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 90-dan artıq ölkəyə, o cümlədən Azərbaycana vaksin paylanacaq. Pandemik qripə qarşı vaksinin birinci hissəsinin noyabrın ortalarında paylanması gözlənilir.

Xəstəlik tez yayıla bilir

"Donuz qripi" virusu insandan insana keçməklə yayılır. Yəni virus asqırma və ya öskürmə nəticəsində digər insanları yoluxdura bilər. Bir sözlə, virus hava-damcı yolu ilə yayılmaqla dünyanı cənginə almaqdadır.
" Donuz qripi"nin əlamətləri adi qripə bənzəyir, amma əsas amil 38 dərəcədən yuxarı qızdırmadır. Xəstə öskürür, boğazı ağrıyır, bədənində ağrılar olur, üşüyür. Bəzilərində qusma və qarnı açılma halları müşahidə olunur. 

Risk qrupları Bu kateqoriyaya daxil olan insanlar xəstəliyi çox pis keçirir. Əslində, ölənlərin əksəriyyəti ilə bu qrupa aid adamlardır. Bura xronik ağciyər, ürək, böyrək, qaraciyər, nevroloji və şəkər xəstələri daxildir. Həmçinin risk qrupuna son üç ildə astmadan müalicə olunanlar, hamilə qadınıar, yaşı 65-dən çox və 5-dən aşağı olanlar daxildir.


Necə qorunmalı İlk növbədə özünü pis hiss edən adamlardan uzaq olmaq lazımdır. Adi infeksiyaya nəzarət və gigiyena qaydalarına əməl etməklə yoluxmanın qarşısını almaq olar. Ö skürərkən və asqırarkən ağız-burnu bağlamaq, kağız yaylıqdan istifadə edərək, onu dərhal tullamaq lazımdır.
Bundan başqa əlləri sabunla tez-tez yumaq lazımdır. Sərt səthləri, qapı dəstəklərini tez-tez silmək məsləhətdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi