Modern.az

Maliyyə Nazirliyi yoxalama apardığı qurumların adlarını Modern.az-a açıqladı

Maliyyə Nazirliyi yoxalama apardığı qurumların adlarını Modern.az-a açıqladı

7 Mart 2011, 10:57

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi mübarizə aparılması barədə tapşırıqlarına və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın toplantısında dövlət qurumlarının rəhbərlərinə prezidentin tapşırığının icrası ilə əlaqədar verdiyi göstərişlərin ardından ayrı-ayrı nazirliklər, komitələr və digər dövlər qurumlarında müvafiq addımlar atıldı, korrupsiya və rüşvətxorluğa yol verən əməkdaşlar cəzalandırılır. Qeyd edək ki, dövlət orqanlarında yol verilən korrupsiya və rüşvətxorluq hallarının aşkara çıxarılmasında Maliyyə Nazirliyinin apardığı yoxlamaların da xüsusi rolu var. Bəs hazırda hansı qurumlar yoxlanılır? Modern.az saytı bu sualla Maliyyə Nazirliyinə müraciət edib.

Maliyyə Nazirliyinə ünvanladığımız sorğuya bu gün qurumun mətbuat xidmətinin rəhbəri Mais Piriyev tərəfindən cavab verilib. M.Piriyev bildidb ki, 2011-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən prokurorluq orqanlarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada müraciətləri əsasında Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində, Biləsuvar Paylayıcı Elektrik Şəbəkəsində, “Azərpoçt” MMC-nin Biləsuvar Poçt Filialında və  “Azərpoçt” MMC-nin Zərdab Poçt Filialında müvafiq yoxlamaların aparılmasına başlanılıb. “Həmin yoxlamalar hazırda davam etməkdədir”- deyə M.Piriyev qeyd edib.

“Digər sualınıza gəldikdə isə bildiririk ki, Xidmət tərəfindən gələcəkdə hansı qurumlarda yoxlamaların aparılacağı hal-hazırda dəqiqləşdirilir”-deyə Maliyyə Nazirliyinin sözçüsü əlavə edib.

Aytən Əliyeva

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır