Modern.az

Elmar Vəliyev Gəncədə daha iki vəzifəli şəxsi işdən çıxardı

Elmar Vəliyev Gəncədə daha iki vəzifəli şəxsi işdən çıxardı

Ölkə

7 Mart 2011, 17:07

Bir müddət öncə Gəncəyə icra başçısı təyin olunan Elmar Vəliyev şəhərdə kadr islahatını davam etdirir. Qeyd edək ki, İcra Hakimiyyətinin yeni başçısı gələndən sonra Gəncənin baş memarı Məhəmməd İbrahimov, şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Asim Kazımov vəzifəsini itirmişdi. Modern.az saytının məlumatına görə, Elmar Vəliyev daha iki vəzifəli şəxsi işdən çıxarıb. Belə ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat və İstehsalat Birliyinin rəisi Abid Əliyev və Gəncə şəhər Təmizlik İdarəsinin rəisi Nizami Babayev də tutduqları vəzifədən azad ediblər. Hələlik həmin postlara kimin təyin olunacağı bilinmir.

 

 

Nizami Babayev

         Abid Əliyev

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü