Modern.az

Zülfiyyə, Aygün və Brilliantdan yeni layihə...

Zülfiyyə, Aygün və Brilliantdan yeni layihə...

8 Mart 2011, 16:17

Azərbaycanın xalq artistləri Zülfiyyə Xanbabayeva, Aygün Kazımova və Brilliant Dadaşova üçlükdə yeni layihə hazırlayırlar. Modern.az-ın məlumatına görə, bu barədə “üçlük” İctimai radioya bildirib. Z.Xanbabayeva deyib ki, bu ideya tanınmış stilist Dimaya məxsusudur. Artıq “üçlük”ün birgə ifa edəcəyi mahnı da yazılıb. Layihə çərçivəsində klip və fotosessiya da çəkiləcək. Bu ilin sonunda isə Zülfiyyə Xanbabayeva, Aygün Kazımova və Brilliant Dadaşovanın birgə canlı konserti təşkil olunacaq. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir