Modern.az

İqtisadi İnkişaf Nazirliyi: "Yumurtanı bahalaşdıranlar barədə tədbir görüləcək"

İqtisadi İnkişaf Nazirliyi: "Yumurtanı bahalaşdıranlar barədə tədbir görüləcək"

Ölkə

9 Mart 2011, 10:06

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı toyuq yumurtasının pərakəndə satış qiymətində artım olduğu müəyyən edilib.
"Toyuq yumurtasının qiymətinin artmasının səbəblərinin araşdırılması və süni qiymət artımının qarşısının alınması üçün Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış və araşdırmalar aparılır"-deyə nazirliyin açıqlamasında bildirilib..

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti təsərrüfat subyektlərinə bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına yol vermiş şəxslərə qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.
Modern.az-ın məlumatına görə, son bir ayda ticarət şəbəkəsində yumurtanın qiyməti 15 qəpikdən 25 qəpiyədək qaldırılıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü