Modern.az

Fazil Mustafa: “Azərbaycanda artıq islahat hökuməti qurulmalıdır”

Fazil Mustafa: “Azərbaycanda artıq islahat hökuməti qurulmalıdır”

Parlament

9 Mart 2011, 13:50

“Mən, ümumiyyətlə, Nazirlər Kabinetinin fəaliyyətini çox mənfi qiymətləndirirəm”. Bunu mətbuata açıqlamasında millət vəkili, Böyük Quruluş Partiyasının ( BQP) sədri Fazil Mustafa bir neçə gündən sonra hökumətin parlamendə müzakirəsi gözlənilən illik hesabatına münasibətini bildirərkən dilə gətirib. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda məhz islahat hökuməti qurulmalıdır, indiki reallıqda buna çox böyük ehtiyac var: “Artıq uzun illərdir ki, eyni hökumət, eyni simalar, eyni rəhbərlikdir. Uzun müddətdən bəri həm də eyni mexanizmin saxlanması hamıda bir arxayınçılıq yaradıb ki, heç nə görmək lazım deyil, ancaq yuxarıdan nə tapşırılsa, sadəcə, onu yerinə yetirmək lazımdır. Eyni zamanda, heç bir təşəbbüs, təşəbbüskarlıq yoxdur və bu da nəticədə bir durğunluq yaradıb”. Millət vəkili qeyd edib ki, məhz bu baxımdan, artıq Nazirlər Kabinetinin strukturunda ciddi dəyişiklik olunmalıdır. “Nazirlər Kabinetinə daha islahatçı bir keyfiyyətə sahib kadrların cəlb olunması lazımdır”, - deyən partiya sədri onu da bildirib ki, artıq ölkədə islahatların başlanması qaçılmazdır və bunu etmək gərəkdir: “Son hadisələr də göstərir ki, zamanında prosesləri düzgün qiymətləndirmədən müəyyən addımların atılmasını ləngidən bütün hakimiyyətlər sonradan ciddi problemlər yaşayırlar. Mən Azərbaycanda bütün hallarda ancaq dinc, konstitusion yolla, seçkilər vasitəsilə dəyişikliklərin baş verməsini arzulayıram. Çünki inqilab bütün hallarda həm aşağınn, həm də yuxarının, bütövlükdə ölkənin zərərinədir və bizim kimi həssas bölgədə məsələlərin belə bir həddə gəlib çıxmasına yol vermək olmaz”.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır