Modern.az

“NURGÜN MOTORS”dan avtomobil almaq üçün ideal şərtlər! (FOTOLAR) ®

“NURGÜN  MOTORS”dan avtomobil almaq üçün ideal şərtlər!  (FOTOLAR) ®

9 Mart 2011, 20:45

NURGÜN MOTORS AVTOMOBİL ƏLDƏ ETMƏK İSTƏYƏNLƏRƏ ƏLVERİŞLİ ŞƏRTLƏR TƏKLİF EDİR. İNDİ AVTOMOBİLSEVƏRLƏR ƏSL MƏKAN FATEHİ, SUPER YOLSUZLUQ AVTOMOBİLİ NISSAN X-TRAİL AVTOMOBİLİNİ NİSSAN SALONLARINDAN ÇOX SƏRFƏLİ ŞƏRTLƏRLƏ – BANK VƏ SIĞORTA XƏRCLƏRİ DƏ DAXİL OLMAQLA 4000 AZN İLKİN ÖDƏNİŞLƏ  ƏLDƏ EDƏ BİLƏRLƏR. BU HƏLƏ SON DEYİL! HƏR ALINAN AVTOMOBİLƏ 1000 AZN ENDİRİM OLUNUR!

 

İndi isə bu avtomobil haqqında daha ətraflı....

Əsas üstünlükləri

Yeni Nissan X-Trail yolda davamlılığın yeni anlayışıdır. Tam ALL MODE 4X4-I intiqalının təkmilləşdirilmiş sistemi yeni Nissan X-Trail avtomobilini nnnovasiyalı avtomobillər səviyyəsinə yüksəltmişdir. Yeni Nissan X-Trail-in 170 at gücünə malik benzin mühərrikinin tutumu 2,5 litrdir. Yeni Nissan X-Trail yeni etibarlılıq anlayışıdır. Rahat salon və funksional interyer yüksək keyfiyyətli tərtibatı və aşkar rahatlığı ilə fərqlənir. Siyirməli yük yerinin unikal ikili dibi, sökülə bilən səddləri, asan yuyulan səthi, xırdavat saxlamaq üçün çoxlu sayda ayrı-ayrı seksiyaları və digər detallar maşının hərəkətini rahatlaşdırır, yeni Nissan X-Trail-də geniş bir məkan yaradır ki, bu məkanda da sürücünün və sərnişinlərin tələbatları maksimal səviyyədə nəzərə alınmışdır. Yeni Nissan X-Trail yeni nəsil kompakt nəqliyyat vasitəsidir, əsl məkan fatehidir. Onun üçün heç bir maneə mövcud deyil, o, hətta ən ekstremal yollarda – təhlükəli enişlərdə, qarlı yollarda və ya kəskin döngələrdə özünü tam arxayn hiss edir. Tam ALL MODE 4X4-i qabaqcıl intiqal sistemi və tam təhlükəsizlik sistemi dəsti, o cümlədən ESP dinamik stabilləşdirmə sistemi, bir yerdə dayanıb fırlanmanın qarşısının alınması üçün nəzərdə tutulmuş TCS sistemi, eləcə də sıldırım enişlərdə hərəkət etməyə kömək edən sistemlər yeni Nissan X-Trail avtomobilinə digər kompakt nəqliyyat vasitələri qarşısında üstünlük verir. Yeni Nissan X-Trail daim macəralar axtarışında olan və eyni zamanda, sağlam şüuru qiymətləndirən insanların seçimidir! Xarici görkəm Yeni X-Trail modelinin tamamilə dəyişilməsinə baxmayaraq, onun dizaynında “ilkin” formalar və onun “cəsur” görkəmi qorunub saxlanmışdır ki, bu da onun sahiblərinin ürəyindəndir. Avtomobilin “X-TRAILness” adlanan əvvəlki üslubiyyatı da qorunub saxlanmışdır. Güclü kəmər xətti və pəncərələrin forması kimi əsas dizayner həlləri yeni modelə keçirilmişdir. Yeni X-Trail modelinin dördbucaq formaları praktiki əhəmiyyət daşıyır – bu, salonun sahəsini artırmağa və sürücüdə əminlik yaratmağa kömək edir ki, bu da hər kəs tərəfindən yüksək qiymətləndirilir. Yeni X-Trail modelinin yük yerinə böyüklük hissi verən onun arxa dayağı və dəyişdirilmiş formaya malik arxa yan şüşə, uzunsov arxa qanadlar güclü radiator rəzəsidir ki, bütün bunlar da digər Nissan nəqliyyat vasitələrinin ön hissəsinin tərtibat üslubunu xatırladır. Yeni Nissan X-Trail həyatı sevən və həyat-dan zövq almaq üçün hər bir imkandan istifadə edən insanların maşınıdır.

İnteryer   Nissan dizaynerlərinin yaratdığı interyer yüksək keyfiyyəti və rahatlığı ilə fərqlən-məklə bərabər, həm də möhkəm və funksionaldır. Əlaqə nöqtələrində yumşaq ma-teriallardan istifadə olunmuşdur, idarəetmə orqanlarının yerləşdiyi zonanın və ida-rəetmə panelinin bəzədilməsi üçün isə teksturasi edilmiş səthə malik plastikdən və kontrast rənglərə (qara və ağ, yaxud qara və qum rəngli) malik flokla zəngin ele-mentlər işlədilmişdir. Yeni X-Trail modelinin komplektləşdirilmə səviyyəsindən asılı olaraq, idarəetmə orqanları və cihazlar “texno” üslubunda gümüşü və ya titan rəngli elementlərlə haşiyələnmişdir. Nissan şırkətinin yeni işıq üzü görən digər mo-delləri kimi, yeni X-Trail modeli də, ilk növbədə, funksionallıq və davamlılıq amil-ləri nəzərə alınmaqla hazırlanmışdır. Cihazlar panelinin bilavasitə çoxfunksiyalı sükan çarxının arxasında quraşdırılması idarəetmə panelinin və mərkəzi konsolun tərtib olunması zamanı böyük sərbəstlik əldə etməyə imkan verir. Həmçinin, bir neçə disklik CD-dəyişdirici qurğuya malik əsas akustik cihazın quraşdırılıması üçün də yer saxlanılmışdır. Amma yeni X-Trail modelində yüklər üçün ən əlverişli sahə yük yeridir. Birinci nəsil avtomobilinin arxa oturacağa malik yük yerinin fay-dalı tutumu VDA üzrə 410 litr idisə (arxa qapının şüşəsinin aşağı kənarınadək), ye-ni X-Trail modelində bu göstərici 555 litrədək artırılmışdır – faydalı tutumun yük-səlişi 145 litr təşkil edir! Əlavə tutumun sayəsində ikisəviyyəli döşəməyə, eləcə də lazımsız nəzərlərdən gislədilməli olan şeyləri saxlamaq üçün mütəhərrik taxçaya malik innovasiyalı yük yeri əldə etmək imkanı yaranmışdır. Bu taxçadakı bölüş-dürücü arakəsmələri müxtəlif mövqelərdə yerləşdirmək və ya tamamilə çıxarmaq olar. Yük yeri sahəsini daha da artırmaq üçün döşəmə paneli və taxça tamamilə yığışdırıla bilər ki, bunun da nəticəsində yeni X-Trail maşınının yük yeri, öz sələfi ilə müqayisədə daha genişlənmiş və dərinləşmişdir – hətta quraşdırılmış döşəmə paneli ilə birlikdə də o, birinci nəsil avtomobilindən genişdir. Döşəmə paneli çıxarıldıqda bu hündürlük əvvəlki modelin göstəricisindən 127 mm artıqdır.

 

Yolsuzluqda ALL MODE 4x4 sistemi – ilk tam ötürücü sistemdir. Onda Nissanın elektron sis-tem və 4x4 siteminin yaradılması təcrübəsi uyğunlaşıb. 4x4 ALL MODE sistemi-nin alətlər lövhəsinə incə toxunuşu sürücüyə üç rejimdən birini seçməyə imkan ve-rir: 2 WD – ön ötürücü, AUTO – arxa körpünün avtomatik qoşulması (ehtiyac ol-duqda) və ya LOCK – oxarası halqanın bloklaşması və daima arxa körpünün məc-buru qoşulması. Tamötürücü avtomobillərin əksəriyyətinin tam avtomatik ötürməsi tez-tez viskomuftadan həyata keçirilir ki, nəticədə də çarxların bir cütünün fırlan-ması sitemi digər cütü qoşmağa məcbur edir. Bu ikinci körpünün qoşulması za-manı ləngiməyə səbəb olur. Nissanın yaratdığı ALL MODE 4x4 sisteminin sərfəli fərqi, arxa çarxların qoşulmasını təmin edən ön çarxların fırlanmasının çarxların bötüv dövründən bir neçə dərəcə təşkil etməsidir. 2 WD rejimi (ön ötürücü)

Ön ötürücü rejimi yanacağın qənaətini və əla dinamik xarakteristikasını təmin edir. Onu adi yolda sürmə zamanı seçmək lazımdır. AUTO rejim

AUTO rejimdə sistem avtomatik yol şəraitindən asılı olaraq hər oxun fırlanma anını təyin edir. Oxarası halqa elektron şəkildə aktivləşərək, oxlararası anı səmərəli bölüşdürür. Bu rejim bilavasitə hamar yolda hərəkət zamanı istifadə olunur. Böyük dayanıqlıq və yüksək qoşulma üçün Siz ondan yaş və sürüşkən yollarda sürmədə istifadə edə bilərsiniz. LOCK rejimi

Əgər LOCK düyməsi basılıbsa (oxarası halqanın bloklaşması), oxarası anın bölüş-dürülməsi önə 57% və arxaya 43% nisbətində baş verir. Bu rejim ciddi yolsuzluq və ya digər ekstremal vəziyyətlərdə, qar təpəsi və ya dərin bataqlıqlarda sürmə za-manı istifadə olunur. Sistem avtomatik olaraq sürət artanda AUTO rejiminə yönəlir. Mühərrik

2.5 l həcmində benzin mühərriki Yeni 4-silindirli, 16-klapanlı benzin mühəriki dəyişən qazbölüşdürmə mərhələli sistemlə təchiz olunub ki, yüksək yanacaq qənaətini saxlayarkən daha böyük güc və ani xarakteristika almaq mümkün olsun. Avtomatik transsmisiya

Yüksəkqənaətcil 4-pilləli avtomat sürət qutusu şəhərdə sərbəst sürətli və komfortlu sürməni təmin edir. Uzaq səfərlərdə yanacaq sərfini endirmək üçün "Overdrive" blok rejimi nəzərdə tutulub. Təhlükəsizlik Yeni X-Trail modelinin 6 təhlükəsizlik yastığı bütün komplektasiyalar üçün stan-dart qurğudur: buraya sürücü və sərnişin üçün 2 ön yastıq, iki yan yastıq, eləcə də yandan dəyən zərbələr zamanı yüksək təhlükəsizlik səviyyəsini təmin edən təhlü-kəsizlik pərdələri daxildir.

Yeni X-Trail modelinin fəal başaltlıqları sərnişinləri arxa zərbələrdən qoruyur. Zərbə zamanı başaltlıqları irəliyə və yuxarıya doğru hərəkət edərək sürücünün və qabaqda oturan sərnişinin boynundan və başından zədə alması riskini azaldır. Qabaq oturacaqların təhlükəsizlik kəmərləri dartıcılarla və yük məhdudlaşdırıcıları ilə təchiz olunmuşdur. Yeni X-Trail modelinin əyləc sisteminin üç tərkib hissəsi (ABS, EBD, Nissan Brake Assist) təhlükəsiz və effektiv əyləmə prosesinin həyata keçirməyə imkan verir. Bugünkü gün ən qabaqcıl elektron sistem sayılan və ESP davamlılığına malik sayğaclar səthin tipini son dərəcə dəqiqliklə müəyyənləşdirir və yol şəraiti haqqında məlumatları dərhal ALL MODE 4x4-i tam intiqal sistemi-nin idarəetmə blokuna ötürür. Yeni X-Trail modelinin ALL MODE 4x4-i sistemi yolun səthi haqqında məlumatı analiz edərək avtomatik və surucu üçün nəzərə çar-pmayacaq dərəcədə saniyənin onda-biri müddətində tam intiqalı, buna həqiqətən ehtiyac olduğu vaxtlarda işə salır. Yeni X-Trail modelinin ESP sayğacları gücün paylaşdırılmasını və fırlanma anını daim izləyərək istənilən səthdə (yaş, qarlı, buz-lu, çınqıllı, gilli yollarda) maksimal effektliliyi təmin edir. 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi