Modern.az

Yasamalda silah-sursat tapılıb

Yasamalda silah-sursat tapılıb

4 Noyabr 2009, 18:05

Noyabrın 4-də Fövqəladə Hallar Nazirliyinin "112" telefon xidmətinə Bakı şəhəri, Yasamal rayonu ərazicindəki avtomobil dayanacaqlarından birində partlamamış döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyinin

müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə aşkarlanmış sursatlara baxış keçirib və onların 5 ədəd "TM-62" markalı və 1 ədəd "TM-57" markalı təlim minasının gövdələri olduğu müəyyən edilib. Qeyd olunan hərbi silah-sursatlar aidiyyəti üzrə təhvil verilib. Mütəxəssislər əraziyə təkrar baxış keçiriblər və digər şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 17:00-da başa çatıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər