Modern.az

Son 5 ilin aktiv deputatları elan olundu

Son 5 ilin aktiv deputatları elan olundu

Parlament

10 Mart 2011, 13:13

Modern.az saytının məlumatına görə, bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə Parlament Jurnalistləri Birliyinin (PJB) keçirdiyi sorğunun nəticələri elan olunub. PJB rəhbəri Elşad Eyvazlı bildirib ki, sorğu parlamentdə akkreditə olunan 60-a yaxın jurnalist arasında keçirilib. Sorğu zamanı bir neçə nominasiya üzrə son 5 ildə - üçüncü çağırış Milli Məclisdə aktivlik nümayiş etdirən deputatların adları müəyyənləşdirilib.

 

Nəticələrə görə, 4 nominasiya üzrə ən çox səs toplayan 10 fəal deputatın adı bəlli olub. 

 

Qanunvericilik təşəbbüsü ilə çıxış edən ən aktiv deputat kimi ölkənin birinci xanımı,  H.Əliyev Fondunun prezidenti Mehriban Əliyeva seçilib. Jurnalistlər onun təşəbbüsü ilə qəbul edilən amnistiya aktını yüksək qiymətləndiriblər.  

 

Beynəlxalq təşkilatlarda Azərbaycanı fəal təmsil edən deputatlar kimi vitse-spiker Bahar Muradova və Azay Quliyev qalib elan olunub.

 

Seçicilərin hüquqlarını daha yaxşı fəal müdafiə edən deputatlar sırasında ən çox Qənirə Paşayeva, Fuad Muradov və Cəmil Həsənlinin adları qeyd olunub. 

 

Plenar iclaslarda fəallığı ilə seçilən millət vəkilləri kimi daha çox vitse-spiker Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev, Vahid Əhmədov və Siyavuş Novruzov səs toplayıb.

 

Adları çəkilən deputatlar son 5 ildə daha çox fəallığı ilə seçilən deputat elan ediliblər. Sorğunun nəticələrinin təqdim edilməsi mərasimi Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkəti tərəfindən dəstəklənib. Qaliblərə jurnalistlər tərəfindən plaket, şirkət tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı