Modern.az

Sumqayıtlı deputat: “Bəli, şəhərin simvolu dəyişdirilməlidir”

Sumqayıtlı deputat: “Bəli, şəhərin simvolu dəyişdirilməlidir”

10 Mart 2011, 18:10

Sumqayıtın yeni icra başcısı Eldar Əzizovun şəhərin girişində yerləşən abidənin dəyişdirilməsi ilə bağlı fikirlərini bu şəhərdən olan millət vəkili Leyla Abdulayeva da dəstəkləyib. Modern.az-a danışan millət vəkili deyib ki, Sumqayıt şəhərinin belə bir dəyişikliyə ehtiyacı var. “Tez-tez xarici səfərlərdə oluruq. Dünyada hər bir böyük şəhəri emblemi, simvolu ilə tanıyırlar. Təbii ki, Sumqayıtın da buna ehtiyacı var. Sumqayıt Azərbaycanın böyük şəhərlərindən biridir, burda inkişaf hiss olunur”.

 

Millət vəkilinin sözlərinə görə, Sumqayıtın yeni simvolu şəhərin inkişafına uyğun olmalıdır. Eyni zamanda, L.Abdullayeva bildirib ki, şəhərin yeni simvolu müsabiqə yolu ilə müəyyən olunacaq. Və bu məsələdə Sumqayıt sakinlərinin fikri də nəzərə alınacaq. “Hesab edirəm ki, bu simvol Sumqayıta uyğun olacaq və şəhəri tam şəkildə göstərə biləcək”.

 

Yeniliyin tərəfdarı olan xanım millət vəkili şəhərin girişində olan abidənin hansı anlam daşıdığına da aydınlıq gətirib. “Sumqayıt dənizin kənarında yerləşən bir şəhərdir,  bu şəhərin girişində olan simvol dəniz dalğası ilə qağayını göstərir, təbii ki, bu da Sumqayıtın dənizkənarı bir şəhər olduğunun göstəricisidir”. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir