Modern.az

İranda vəziyyət yenə qarışıb

İranda vəziyyət yenə qarışıb

4 Noyabr 2009, 19:42

Hər il noyabrın 4-də İranın hər yerində Amerikanın Tehrandakı səfirliyinə hücumun ildönümü qeyd olunur. Bu il noyabrın 4-də,
ABŞ-ın Tehrandakı səfirliyinin tutulmasının 30-cu ildönümü günündə paytaxtda yürüş keçirən sabiq prezidentliyə namizəd Mir Hüseyn Musəvinin tərəfdarları ilə hökumət qüvvələri arasında qarşıdurmalar baş verib. Hökumət qüvvələri aksiyaçıları dağıtmaq üçün atəş açıb. Etiraz aksiyasına çıxanlardan bəziləri yaralanıb.
Bu dəfəki aksiyada İran prezidenti Mahmud Əhmədinejad hökumətinə və dini rəhbər ayətullah Əli Xamneyiyə qarşı şüarlar səsləndirilib.
Modern.az CNN Türk-ə istinadən xəbər verir ki, Tehranda hökumət əleyhinə şüarlar səsləndirən müxalifət lideri Mir Hüseyn Musəvi tərəfdarlarının bir qismi döyülüb və saxlanılıb. Hazırda vəziyyət gərgin olaraq qalır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi