Modern.az

İham Əliyev Gürcüstan Patriarx Katalikosu II İlyanı qəbul edib

İham Əliyev  Gürcüstan Patriarx Katalikosu II İlyanı qəbul edib

4 Noyabr 2009, 19:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Gürcüstan Patriarx Katalikosu II İlyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluğunu bildirib. Prezident İlham Əliyev nüfuzlu din xadimlərinin iştirakı ilə regionumuzda həyata keçirilən dinlərarası dialoqun önəmini vurğulayıb və bunun regionda qarşılıqlı anlaşmaya, əməkdaşlığa və təhlükəsizliyin bərqərar olunması baxımından böyük imkanlar yaratdığını qeyd edib. Dövlət başçısı Gürcüstan Patriarx Katalikosu II İlyanın Bakıda keçiriləcək “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” beynəlxalq konfransında iştirakının əhəmiyyətini vurğulayıb və onun ölkəmizə səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.
Gürcüstan Patriarx Katalikosu II İlya gürcü Pravoslav kilsəsi, gürcü xalqı və şəxsən öz adından İlham Əliyevi salamlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir