Modern.az

Eldar İbrahimov: “İsa Qəmbər xahiş də eləsə, YAP-çı deputat onunla görüşməz”

Eldar İbrahimov: “İsa Qəmbər xahiş də eləsə, YAP-çı deputat onunla görüşməz”

11 Mart 2011, 13:16

“YAP-çı deputatın guya İsa Qəmbərlə görüşmək istəməsi barədə deyilənlər Müsavat Partiyasnın provakasiyasıdır”. Milli Məclisin deputatı, YAP-ın Siyasi Şurasının üzvü Eldar İbrahimov bu barədə KİV-də gedən məlumatı Modern.az saytına şərh edərkən bildirib. YAP-ı yaradanlardan sayılan E.İbrahimov müxalifətçilər tərəfindən bu məlumatı hakim partiya sıralarına pozuculuq salmaq üçün edildiyini vurğulayıb. “Müsavatçılar öz aləmlərində bu addımla YAP-da şübhə toxumunu səpəcəklərinə ümid edirlər”-deyən deputat bildirib ki, Yeni Azərbaycan Partiyasını belə ucuz yollarla gözdən salmaq mümkün deyil. “İsa Qəmbər özü xahiş eləsə belə, YAP-çı deputatlardan kimsə onunla görüşməz. Partiyamız monolitdir”-deyə E.İbrahimov vurğulayıb. Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir