Modern.az

Deputat Aydın Abbasov aksiya keçirən gənclərə çağırış etdi

Deputat Aydın Abbasov aksiya keçirən gənclərə çağırış etdi

11 Mart 2011, 13:51
Bu gün Azərbaycanda gənclərin kecirdikləri aksiyaya millət vəkili Aydın Abbasov da münasibət bildirib. Modern.az saytına acıqlama verən deputat bildirib ki, Azərbaycan xalqını, dövlətini sevən, dövlətinə sədaqət nümayiş etdirən Azərbaycan gəncliyi hazırda öz işi ilə məşğuldur. Onun sözlərinə görə, gənclər Azərbaycan dövlətini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Millət vəkili müəyyən bir kəsimin belə bir addım atmasının doğru olmadığını bildirib:
“Mənim Facebook şəbəkəsi ilə əlaqəm yoxdur. Ancaq oğlumun internetə çıxışı var. Ona da belə belə bir çağırış gəlib”.

Millət vəkili hesab edir ki, bu çağırışlar gülüş doğurur: “Bu məsələlərlə bağlı Gəncədə olan secicilərlə də əlaqə saxlamışam. Gəncədəki gənclik bu məsələləri ciddi şəkildə pisləyir. Onlar birmənalı olaraq dövlət başcısı İlham Əliveyi dəstəkliyir. Axı səbəb nədir ki, gəncliyini bir kəsimi bu addımı atırlar. Ola bilər ki, onaların müəyən problemləri olsun. Ancaq problem kücəyə çıxmaqla həll olunmur. Bu, dəyirmi masa ətrafında araşdırmalı və müzakirə olunmalıdır. Mən hesab edirəm ki, onlar nə istədiklərini heç özləri də bilmirlər. Bu məsələdə erməni əli olduğu konkret ortadadır. Çünki, ermənilər bu məsələlərə sosial şəbəkədə ciddi dəstək verirlər”. 

A.Abbasov hesab edir ki, hər bir insanın mövqeyi, ideologiyası olmalıdır: “Bu gün bu məsələlərlə məşğul olmaq istəyənlər, düşünməlidir ki, onların çağırışna 10, 20, 30 gənc cavab verir. Prezident İlham Əliyev də çağırış edə bilər. Əgər belə bir çağırış olsa, milyonlarla insan küçəyə çıxa bilər. Azərbaycan ərəb dünyası deyil. Gəncliyimizə müraciət edirəm ki, onlar dövlətçiliyimizi müdafiə etsinlər və erməni çağırışına dəstək verməsinlər”.    


Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır