Modern.az

Deputat: «Ailə Məcəlləsinə dəyişiklikdə mülkiyyət müqaviləsinin bağlanması da əksini tapmalıdır»

Deputat: «Ailə Məcəlləsinə dəyişiklikdə mülkiyyət müqaviləsinin bağlanması da əksini tapmalıdır»

11 Mart 2011, 17:10

«Əgər Ailə Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulursa, o zaman, hökmən burada nikaha girən şəxslər arasında mülkiyyət müqaviləsinin bağlanmasını özündə ehtiva edən müddəa da əksini tapmalıdır. Bu, çox vacib məsələdir». Bu fikirləri parlamentin Sosial siyasət komitəsinin martın11-də keçirilən iclasında millət vəkili  Elmira Axundova dilə gətirib.

Millət vəkilinin sözlərinə görə, nikaha girən, ailə quran şəxslər bəzən boşanma məcburiyyəti ilə üz-üzə qaldıqda, onlar arasında mülkiyyət məsələsi problemi də ortaya çıxır: «Bu problem son illər xüsusilə artmaqda və narahatçılıq doğurmaqdadır. Bəzən mülkiyyətə görə mübahisələr dava-dalaşa, hətta ölümlə nəticələnən hallara belə gətirib çıxarır. Bu, çox qorxulu bir haldır. Özü də bu cür problemlər təkcə sadə, sıravi insanlar, ailələr arasında deyil, yüksək səviyyəli, tanınmış ailələr arasında yaşanır. Şəxsən mən institut direktoru, professor ailəsi tanıyıram ki, onların övladları boşanarkən mülkiyyət üstündə böyük problemlər, qalmaqallar yaşanıb. Ona görə əgər Ailə Məcəlləsinə dəyişikliklər edilirsə, o zaman, burada mütləq mülkiyyət müqaviləsinin bağlanması məsələsi də öz əksini tapmalıdır».

 

Modern.az

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir