Modern.az

Seçiciləri Fəzail Ağamalıya şikayət ediblər

Seçiciləri Fəzail Ağamalıya şikayət ediblər

12 Mart 2011, 20:11

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı millət vəkili seçildiyi 60 saylı Salyan-Neftçala Seçki Dairəsinin Parça Xalac, Seydan, Kürsəngi kəndlərində seçicilərlə görüşlər keçirib.  Bu barədə Modern.az-a AVP mətbuat xidmətinin rəhbəri

Babək Hacıyev məlumat verib. Onun sözlərinə görə, görüşə gələn seçicilər fəallıq nümayiş etdirib və kəndlərin problemlərini önə çəkiblər. Əsasən də kəndlərin qazlaşmasının vacibliyini, sosial yardıma ehtiyacı olanlara ünvanlı sosial yardımın verilməsində süründürməçiliyin və neqativ halların olduğunu millət vəkilinin diqqətinə çatdırıblar. “Bununla yanaşı, seçicilər ölkə prezidentinin son vaxtlar korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizəni dəstəklədiklərini xüsusi olaraq  vurğulamış və bu istiqamətdə ölkə prezidentinin atdığı addımların müsbət nəticələr verəcəyinə ümidvar olduqlarını bildiriblər”-deyə B.Hacıyev qeyd edib. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı