Modern.az

Deputatdan daha bir təşəbbüs

Deputatdan daha bir təşəbbüs

14 Mart 2011, 12:05

Quba  şəhərində əslən  rayonun  Rustov  kəndindən  olan  yazıçı  Vaqif Musanın  75  illik  yubileyi  ilə  əlaqədar  tədbir  keçirilib. Tədbir  Azərbaycan  Yazıçılar  Birliyinin, Quba  rayonu İcra  Hakimiyyətinin və  millət  vəkili  Vahid  Əhmədovun  təşəbbüsü ilə təşkil  olunub. Görüşdə öncə rayon  İcra  Hakimiyyəti  başçısının müavini Xanımsona Əkbərova danışıb. Filologiya  elmləri  doktoru, professor Nizaməddin  Şəmsizadə  yazıçının  həyat  və  yaradıcılığı  barədə tədbir  iştirakçılarına  ətraflı  məlumat  verib. Millət  vəkili Vahid  Əhmədov, Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının  müxbir üzvü  İlyas  Babayev, şair-qəzəlxan  Şahin  Fazil, Nazirlər  Kabinetinin məsul  işçisi  Əkrəm  Məmmədov  və  başqaları  Vaqif  Musa  haqqında öz  xatirələrini  söyləyiblər. Tədbirdən  sonra  yubiley  tədbirinin iştirakçıları  rayonun  Rustov  kəndinə  gedərək yazıçının  məzarını ziyarət  ediblər. Günün  sonunda  Vahid  Əhmədov  Rustov  bölgəsinin  seçiciləri  ilə görüşüb, onları  maraqlandıran  suallara  cavab  verib. Məlumat Modern.az saytına deputatın qərargahından verilib. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir