Modern.az

Deputat Jalə Əliyeva: "Mənim çantamdan dinləmə qurğusu çıxmayıb"

Deputat Jalə Əliyeva: "Mənim çantamdan dinləmə qurğusu çıxmayıb"

Parlament

14 Mart 2011, 13:15


"Yeni Müsavat"ın yaydığı məlumata görə, Milli Məclisin deputatı Jalə Əliyeva bu yaxınlarda xaricdən ölkəmizə dönərkən yoxlanış məntəqəsində saxlanılıb və onun çantasına baxış keçirilib. Məlumatda bildirlib ki, yoxlama zamanı xanım millət vəkilinin çantasından bir neçə “juçok”, qələm-kamera, “prosluşka” telefonları və digər bu kimi idxalı yasaqlanmış əşyalar çıxıb. 

"Bu olayı izləmiş vətəndaş iddia edir ki, J.Əliyeva deputat toxunulmazlığından istifadə edərək əvvəlcə çantasının açılmasına razılıq verməyib. Mənbə qeyd edir ki, onun etirazlarına baxmayaraq çantası yoxlanılıb. Qeyd olunan əşyalar aşkarlandıqdan sonra xanım deputat onların özünə məxsus olmadığını iddia edib. Daha sonra o, həmin yoxlamanı həyata keçirən təhlükəsizlik orqanı əməkdaşının bu yoxlamanı qanunsuz apardığını iddia edib və onun işdən çıxarılması məsələsini qaldıracağını bildirib.
Mənbəmiz onu da qeyd edir ki, həmin vaxt hadisə yerinə aeroport rəhbərliyi gəlib və məsələ barədə yuxarılara məruzə edilib. Həmçinin, bu hadisə haqda Milli Məclisin sədri Oqtay Əsədova məruzə edilməsi haqda da tapşırıq alınıb"-deyə qəzet yazıb.

Modern.az saytına açıqlamasında Jalə Əliyeva bu məlumatın tamamilə yalan olduğunu vurğulayıb. Bildirib ki, o, belə əsassız  məlumatın hansı səbəbdən və hansı qaynaq vasitəsilə yayıldığını araşdıracaq.
"Mən bu məsələdə sona qədər gedəcəyəm"-deyə deputat saytımıza bildirib. J.Əliyeva onu da deyib ki, o son vaxtlar heç bir xarici ölkəyə səfər etməyib ki, aeroportda da saxlanılsın.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır