Modern.az

Ülvi Quliyev: “Gənclər gücünü təhsilə, idmana, torpaqlarımızın erməni işğalından azad edilməsinə yönəltməlidirlər”

Ülvi Quliyev: “Gənclər gücünü təhsilə, idmana, torpaqlarımızın erməni işğalından azad edilməsinə yönəltməlidirlər”

Parlament

14 Mart 2011, 18:07

Martın 11 və 12-də Bakıda gənclərin kütləvi aksiya keçirmək cəhdinə deputat Ülvi Quliyev münasibət bildirib.

Modern.az saytına açıqlamasında deputat qeyd edib ki, internet vasitəsilə gənclərin aksiyaya cəlb olunmasında xarici qüvvələrin rolu danılmazdır: “Çox təəssüf edirəm ki, içərimizdən belə qüvvələrə dəstək verənlər çıxır. Bu il müstəqilliyimizin bərpasının 20 ili tamam olur. Hesab edirəm ki, həmin qüvvələr öz əməlləri ilə müstəqilliyimizə qarşı çıxırlar. Ancaq belə çirkin işə gəncliyin cəlb olunması yolverilməzdir. Ona görə də biz gəncliklə daha çox işləməliyik ki, onlardan Azərbaycanı istəməyən qüvvələr istifadə etməsinlər”.

 

Deputat qeyd edib ki, belə aksiyalara Azərbaycan gəncliyinin çox kiçik bir kəsimi dəstək verir: “Sağlam düşüncə sahibləri təbii ki, Azərbaycanın inkişafını istəyən qüvvələrlə bir yerdədirlər. Bu gün birmənalı olaraq gənclik İlham Əliyevi özünün lideri kimi qəbul edir. Əminəm ki, bundan sonra da belə olcaq. Ancaq biz bir gəncimizin belə qara qüvvələrin təsiri altına düşməsinə yol verməməliyik. Azərbaycanın əleyhinə olan qüvvələrin hər zaman mövcud olduğunu nəzərə alaraq gəncliyi yad ünsürlərdən qorumalıyıq”.

Ü.Quliyev gənclərə xitabən bildirib ki, onlar potensiallarını, enerjilərini öz millətinin, dövlətinin gələcəyinə yönətməlidirlər: “Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, ölkəmizin iqtisadi resursları intellektual potensiala çevrilməlidir. Buna rəğmən gənclərimiz elmə, təhsilə üstünlük verməlidirlər. Asudə zamanlarını idmana yönəltməlidirlər. Belədə həm özləri, həm millətimiz, həm də dövlətimiz xeyir görəcək. Çünki sağlam düşüncə sağlam bədəndə olur. Gəncin sağlam düşüncədə olması onun öz həyatını düz qurması deməkdir. Onun ölkəsinin taleyinə biğanə qalmaması, güclü Vətəndaş olması deməkdir. Bütün sadaladığım xüsusiyyətlərin cəmləşməsi isə mükəmməl, dünya səviyyısində sözünü deyən, gerçəkdən vətənpərvər bir Azərbaycan gəncliyi deməkdir. Məhz bu gənclik Azərbaycanı irəli aparacaq. Dövlət başçısı bu istiqamətdə böyük işlər görür. Hesab edirəm ki, hər biz Azərbaycan gənci özünü bu istiqamətə yönəltməlidir. Bu gün Azərbaycanın Qarabağ kimi ciddi problemi var. Prezident İlham Əliyev bu məsələnin həlli üçün bütün gücünü ortaya qoyub. Bu, hər birimiz üçün örnək olmalıdır. Ona görə də gücümüzü torpaqlarımızın işğaldan azad edilməsinə yönəltməliyik. Azərbaycanın ərazi bütövlüyünə qarşı işləyən layihələrə dəstək vermək kimsəyə şərəf gətirməyəcək”.

Ü.Quliyev deyib ki, istənilən cəmiyyətdə, o cümlədən də Azərbaycanda problemlər möcuddur: “Bunu kimsə təkzib etmir. Sadəcə, məsələ odur ki, Azərbaycan Prezidenti bu problemləri hədəf götürüb. Hesab edirəm ki, gənclərimiz də problemlərin aradan qaldırılmasında fəal olmalıdırlar. Qarşılaşdıqları problemlərin həlli üçün təbliğat işini gücləndirməlidirlər. Belə gənclərimiz çoxdur. Ancaq bütün gənclərimiz bu məsələdə yektil olmalıdır”.

  

Modern.az

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır