Modern.az

Asim Mollazadə mitinq üçün şəhərin mərkəzində yer istəyir

Asim Mollazadə mitinq üçün şəhərin mərkəzində yer istəyir

14 Mart 2011, 15:10

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə höküməti Azərbaycanda vətəndaşların sərbəst toplaşması üçün şərait yaratmağa çağırıb. Bu barədə deputat Modern.az-a son günlər Bakıda müşahidə olunan etiraz aksiyalarına münasibət bildirirəkən deyib. A.Mollazadə qeyd edib ki, insanların sərbəst toplaşması üçün şəhərə yaxın yerdə yer ayrılmalıdır. “Şəhərin yaxın  mərkəz hissəsində olan bir yerdə də insanların mitinq keçirməsi üçün yer ayrılmalıdır. İstənilən xarici ölkələrdə, böyük şəhərlərdə bu belədir”-deyən deputat vurğulayıb ki, bununla da lazım olmayan qarşıdurmalara son qoymaq olar.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi