Modern.az

Ssenari müsabiqəsinin birinci turuna yekun vurulub

Ssenari müsabiqəsinin birinci turuna yekun vurulub

5 Noyabr 2009, 15:36

Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Vətən and yerimizdir” adlı tammetrajlı film üçün kinossenari müsabiqəsi davam edir.

Modern.az xəbər verir ki, ssenariçilərin yarışması iki mərhələdə keçirilir. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tammetrajlı film üçün kinossenari müsabiqəsinin münsiflər heyəti daxil olan sifarişlərlə tanış olub və I turun qaliblərini müəyyən edib. 25 işin arasından seçilən altı sinopsisin müəllifləri artıq ssenari yazmaq imkanı əldə ediblər. Onlar aşağıdakılardır:

“Torpağımın üzərində”, müəllif İ.Səfərəliyev

“Alagöz”, Ə.Məmmədov

“Dərinlik canavarı”, Ə.Yavəroğlu

“İndi”, P.Həsənov,

“Qarabağ. Dörd gün”,  L.Tarıverdiyeva,

“Böyüyən uşaqlar”, S.Vəliyeva.

I turun adları çəkilən qalibləri 2010-cu il yanvarın 20-dək həmin sinopsislər əsasında yazdıqları ssenariləri Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinə təqdim etməlidirlər. 

Xatırladaq ki, birinci yeri tutan ssenari əsasinda 2010-cu ildə dövlət sifarişi ilə film çəkilməsinə təminat veriləcək. İkinci və üçüncü yerlərə görə müəlliflərə müvafiq olaraq 1500 və 1000 manat məbləğində pul mükafatları təqdim olunacaq. Müsabiqəni keçirməkdə məqsəd gənc nəslə vətənpərvərlik ruhu aşılayan, doğma torpaq uğrunda mübarizəni əks etdirən, həmçinin cəmiyyətdə baş verən müsbət prosesləri kino vasitəsilə işıqlandıran yüksək bədii filmlər yaratmaq, həmçinin kinodramaturgiya sənətinin inkişafına təkan vermək və kino yaradıcılığına yeni qüvvələri cəlb etməkdən ibarətdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?