Modern.az

Deputat prezidentə ünvanlanmış müraciətə qoşuldu

Deputat prezidentə ünvanlanmış müraciətə qoşuldu

Parlament

15 Mart 2011, 11:50

Milli Məclisin deputatı, Xankəndi dairəsi üzrə millət vəkili Flora Qasımova Ağdərədən olan məcburi köçkünlərin rayonun inzibati ərazi vahidi kimi bərpa edilməsi ilə bağlı prezident İlham Əliyevə ünvanlanan müraciəti dəstəkləyib. Bu barədə Modern.az-a danışan millət vəkili vurğulayıb ki, hazırda ermənilər ayrı-ayrı ölkələrdən işğal olunmuş Azərbaycan torpaqlarını erməni uşaqları gətirməklə öz milli tərkiblərinin sayını süni şəkildə artırmaqla məşğuldurlar.

“Biz Ağdərə rayonunu ləğv etməklə Dağlıq Qarabağdakı azərbaycanlıların sayını azaltmış oluruq. Ona görədə mən rayonun ərazi inzibati vahid kimi bərpa olunmasının tərəfdarıyam”.

 

Xanım millət vəkili həmçinin Xankəndinin icra strukturlarının da  bərpa olnmasının vacibliyini vurğulayıb. O, bildirib ki 15 min azərbaycanlı ermənilər tərəfindən  vaxtilə Xankəndindən çıxarılıb. “İcra strukturları olmasa, ermənilər beynəlxalq aləmə göstərə bilərlər ki, baxın Dağlıq Qarabağda azərbaycanlıların sayı çox az olub. Ona görədə heç olmasa biz orda olan insanların statistikasını, qeydiyyatını aparmalıyıq ki, bu məsələlərlə bağlı sonra beynəlxalq müstəvidə danışıqlarda ermənilər bizi üstələməsin”.

 

Qeyd edək ki, Ağdərədən olan 234 məcbüri köçkün prezidentə müraciət edib. Onlar müraciətdə bildiriblər ki, 1992-ci ilin oktyabırında AXCP-Müsavat höküməti tarixi bir səhvə yol verərək Ağdərə rayonunu Dağlıq Qarabağa aid olmayan üç rayon ərazisində bölüb. “Təkcə onu qeyd etmək lazımdır ki, göstərilən tarixdən bu günə qədər doğulan ağdərəli uşaqların hamısı ya tərtərli, ya ağdamlı, ya da kəlbəcərli kimi qeydə alınır”-deyə müraciət müəllifləri rayonun inzibati vahid kimi bərpa olunmasını istəyiblər.

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı