Modern.az

Baş nazir deputatların bayramını təbrik edib və hesabata başlayıb

Baş nazir deputatların bayramını təbrik edib və hesabata başlayıb

15 Mart 2011, 13:35

Oqtay Əsədov: “Hökümətin hesabatı belə bir gözəl bayram günündə təqdim edilib” 

Milli Məclisin bu günkü iclası başlayıb. Modern.az-ın Milli Məclisdə olan əməkdaşının verdiyi məlumata görə, parlamentin bu günkü iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilir. Hazırda bu hesabatla əlaqədar baş nazir Artur Rasizadə çıxış edir. Baş nazir əvvəlcə deputatları çərşənbə bayramı münasibəti ilə təbrik edib

. Öz növbəsində Milli Məclisin sədri Oqtay Əsədov bildirb ki, “hökümətin hesabatı belə bir gözəl gündə təqdim edilib”. Milli Məclisin başlanan iclasında 116 deputat iştirak edir. 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı