Modern.az

Deputat baş nazirə "Azərenerji"nin yaratdığı problem barədə sual verib

Deputat baş nazirə "Azərenerji"nin yaratdığı problem barədə sual verib

15 Mart 2011, 14:00

Baş nazir Artur Rasizadə bu gün keçirilən iclasda Milli Məclisdə hökümətin hesabatı ilə bağlı çıxışını yekunlaşdırıb. Modern.az-ın əməkdaşının verdiyi məlumata görə, hesabat başa çatdıqdan sonra müzakirələr başlayıb. Müzakirələr zamanı millət vəkili Məlahət İbrahimqızı seçildiyi Şəmkir rayonunda yaşanan problemi qaldırıb. Deputat deyib ki, Şəmkirli əhalinin su ilə tələbatının ödənməsinə kömək üçün yerli sahibkarlar öz vəsaitləri hesabına bir neçə artezian quyuları qazıdırıblar. “Lakin nədənsə “Azərenerji” bu quyuları balansa salmaqdan imtina edir”-deyən millət vəkili baş nazirdən bu məsələyə aydınlıq gətirməsini istəyib. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir