Modern.az

Millət vəkili bu il seçiciləri ilə 10-cu görüşünü keçirib (FOTOLAR)

Millət vəkili bu il seçiciləri ilə 10-cu görüşünü keçirib (FOTOLAR)

Parlament

16 Mart 2011, 08:17
Deputat Novruz Aslanov martın 14-də Şamaxı və İsmayıllı rayonlarına səfər edərək baharın gəlişi münasibətilə seçicilərlə görüşüb. İlk olaraq Şamaxı rayonunda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən «Azərbaycanda enməni vəhşilikləri-Şamaxı soyqırımı» (1918-ci il) mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Daha sonra İsmayıllı rayon mərkəzində yerləşən Zərifə Əliyeva parkında açıq havada Novruz bayramı münasibətilə həyata keçirilən geniş tədbirə qatılıb. Havanın əlverişsiz olmasına baxmayaraq, rəngarəng konsert proqramı ilə müşayiət olunan bayram tədbiri yerli sakinlərə xoş əhvali-ruhiyyə bəxş edib.

Burada insanların mədəni istirahəti üçün hər bir şərait yaradılıb. Soyuq hava ilə bahar günəşinin sintezindən ruhlanan sakinlər konsertə təşrif buyurub qonaqları hərarətlə qarşılayaraq onların çıxışlarını diqqətlə izləyiblər. Konert proqramında respublikanın tanınmış sənət adamları və populyar müğənniləri iştirak ediblər. Tədbirə 4 minə yaxın insan qatılıb.

  Tədbiri ilk olaraq rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov açıb. Sonra Milli Məclisin deputatı Novruz Aslanov çıxış edərək rayon sakinlərini bayram münasibətilə təbrik edib, onlara can sağlığı və həyatlarında firavanlıq arzulayıb. Tədbirdə deputat Ərəstun Cavadov, yerli strukturların rəhbərləri və digər təşkilatların nümayəndələri də iştirak ediblər.

Bu, deputat Novruz Aslanovun bu il İsmayıllı rayonuna etdiyi sayca 10-cu səfəridir. Bu səfərdən öncə martın 5-də deputat rayonun İvanovka kəndində keçirilən hesabat yığıncağında iştirak edib, həmin kənddə sakinlərin prolemləri ilə maraqlanıb və müraciətlərə münasibət bildirib.

 

 

 

 



 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır